BAKI, 10 dekabr. TELEQRAF

Taylandın Kral Hərbi Dəniz Qüvvələri Kamboca ilə sərhəddə gərginliyin artması fonunda “Trat Prap Porapak” (“Trat düşməni dəf edir”) adlı genişmiqyaslı dəniz əməliyyatına start verib.

Teleqraf xəbər verir ki, bu barədə məlumatı Tayland Müdafiə Sərhəd Qüvvələrinin qərargahı yayıb.

10 dekabrdan etibarən Tayland hərbçiləri öz sektorunda əməliyyatları geniş səlahiyyətlərlə icra edir. Əraziyə 24 saat patrul xidmətini həyata keçirmək üçün "HTMS Thepa" hərbi gəmisinin göndərildiyi bildirilir.

Hərbi komandanlıq ekipajın tam döyüş hazırlığına gətirildiyini, silahların istənilən an tətbiqə hazır vəziyyətdə olduğunu açıqlayıb.