BAKI, 5 dekabr. TELEQRAF
İrlandiya səfəri zamanı Ukrayna Prezidenti Volodimir Zelenskinin təyyarəsinin yaxınlığında naməlum pilotsuz uçuş aparatları (PUA) müşahidə edilib.
Teleqraf xəbər verir ki, bu barədə məlumatı Prezidentin kommunikasiya üzrə müşaviri Dmitri Litvin təsdiqləyib.
D. Litvin qeyd edib ki, təhlükəsizliyə ev sahibi tərəf cavabdehdir:
"Onların məlumatına görə, həqiqətən də belə dronlar olub, lakin bu, səfərə təsir göstərməyib və proqramda dəyişiklik edilməsinə səbəb olmayıb".
Bundan əvvəl İrlandiyanın "The Journal" nəşri mənbələrə istinadən xəbər vermişdi ki, bazar ertəsi axşam dörd naməlum PUA V. Zelenskinin təyyarəsi Dublin hava limanına endikdən bir neçə dəqiqə sonra həmin ərazidən keçib.