BAKI, 18 noyabr. TELEQRAF

BMT Təhlükəsizlik Şurası ABŞ-nin Qəzza üzrə hazırladığı sülh planını dəstəkləyən qətnamə layihəsini qəbul edib.

Teleqraf xəbər verir ki, sənədin lehinə 15 üzvdən 13-ü səs verib.

Bildirilir ki, Rusiya və Çin bitərəf qalıb.

ABŞ-nin BMT-dəki daimi nümayəndəliyinin açıqlamasına əsasən, qətnamə layihəsi “beynəlxalq sabitləşdirici qüvvələrin” dəstəklənməsini və Qəzzada HƏMAS-sız “dayanıqlı, təhlükəsiz və firavan gələcəyin təmin olunmasını” nəzərdə tutur.