BAKI, 12 noyabr. TELEQRAF
Dünyanın ən iri iki kriptovalyutası "Bitcoin" və "Ethereum" qiymətlərində kəskin eniş müşahidə olunub.
Teleqraf xəbər verir ki, bu barədə "Binance" platforması məlumat yayıb.
"Bitcoin" 3%-ə, "Ethereum" isə təxminən 5%-ə yaxın ucuzlaşıb.
Bakı vaxtı ilə saat 04:45-də "Bitcoin"in qiyməti 102 944 dollar səviyyəsində olub (−2,62%), 15 dəqiqə sonra isə daha da enərək 102 841 dollara düşüb (−3,03%). "Ethereum" isə saat 04:59-da 3 417 dollar səviyyəsində qərarlaşıb (−4,68%).
"CoinMarketCap" məlumatına əsasən, 12 noyabr tarixinə bütün kriptovalyuta bazarının ümumi kapitallaşması 3,45 trilyon dollar təşkil edib. Bunun 2,05 trilyonu (59,4%) "Bitcoin"in, 412,8 milyard dolları (12%) isə "Ethereum"un payına düşür.
"Coinglass" platformasının məlumatına görə, son 24 saat ərzində dünya üzrə kriptobirjalar 527,58 milyon dollar dəyərində, ümumilikdə 158 min treyderin mövqeyini bağlayıb.