BAKI, 20 oktyabr. TELEQRAF
Kamboca və Tailand oktyabrın sonunda Malayziyanın paytaxtı Kuala-Lumpurda keçiriləcək Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) sammiti çərçivəsində sülh sazişi imzalayacaqlar.
Teleqraf xəbər verir ki, bu barədə Kambocanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sənədin imzalanması mərasimi ABŞ Prezidenti Donald Tramp və 2025-ci ildə ASEAN-a sədrlik edən Malayziyanın Baş naziri Anvar İbrahimin iştirakı ilə baş tutacaq.
Məlumata görə, sazişin mətni Kamboca, Tailand, ABŞ və Malayziya nümayəndələrinin oktyabrın 17-də Kuala-Lumpurda keçirdiyi dördtərəfli danışıqlar zamanı razılaşdırılıb.
"Kamboca və Tailand baş nazirlərinin ASEAN sammiti çərçivəsində sənədə imza atacağını gözləyirik", - Kambocanın baş nazirinin müavini və xarici işlər naziri Prak Sokhon bildirib.