BAKI, 17 oktyabr. TELEQRAF
ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə telefon danışığı zamanı Budapeştdə görüşmək barədə açıqlaması Ukrayna prezidenti Volodimir Zelenskini təəccübləndirib.
Teleqraf xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Zelenski Trampla görüş və ABŞ-nin Kiyevə Tomahawk raketləri verməyə hazır olması barədə çox optimist idi. Lakin ABŞ-yə eniş etdikdən sonra onun nümayəndə heyəti Trampın açıqlamasından təəccüblənib.
Axios həmçinin bildirir ki, Zelenski ABŞ-də Raytheon və Lockheed Martin kimi iri hərbi şirkətlərin rəhbərləri ilə də görüşlər keçirməyi planlaşdırır.