BAKI, 15 oktyabr. TELEQRAF

Rusiya Avropaya qaz tədarükünü iki dəfə azaldıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya energetika naziri Aleksandr Novak bildirib.

Onun sözlərinə görə, Rusiya Avropa İttifaqı (Aİ) bazarında payı hələ də təxminən 19% təşkil edir.

"Rusiyanın enerji sektorunun Asiyaya yönəlməsi məcburi addım deyil, strateji seçimdir, çünki iqtisadi inkişaf mərkəzləri hazırda Asiyada yerləşir",- nazir qeyd edib.