BAKI, 7 oktyabr. TELEQRAF
Macarıstanın razılığı olmadan Ukrayna Avropa İttifaqına daxil ola bilməz.
Teleqraf xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bəyan edib.
Siyartonun sözlərinə görə, Ukraynanın Aİ-yə qəbuluna yalnız bütün üzv dövlətlərin yekdil razılığı ilə qərar verilə bilər və Macarıstan bu addıma qarşıdır.
“Avropa İttifaqına hansı ölkənin daxil ola biləcəyinə Ukrayna prezidenti deyil, İttifaqın özü qərar verir və bu, yalnız yekdil səsvermə ilə mümkündür”, – deyə nazir bildirib.
O həmçinin xatırladıb ki, macar xalqı artıq bu məsələdə öz iradəsini bildirib.