BAKI, 3 oktyabr. TELEQRAF
Türkiyə Rusiyadan qaz alışını dayandırmayacaq.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar "CNN Turk"ə verdiyi müsahibədə bildirib.
"Bizim Rusiya ilə razılaşmamız var və qış yaxınlaşdığı ərəfədə vətəndaşlarımıza deyə bilmərik ki, qaz yoxdur. Türkiyə qazı Rusiya, Azərbaycan və Türkmənistandan alacaq. Rusiyadan Türkiyəyə "Mavi Axın" boru kəməri ilə qaz tədarükünü uzatmaq üçün danışıqlar aparılır", - o qeyd edib.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp bildirmişdi ki, NATO və Avropa ölkələri Rusiyadan qaz aldığı müddətdə Vaşinqton Moskvaya sanksiya tətbiq etməyəcək.