BAKI, 30 sentyabr. TELEQRAF
İsrail Dohada Fələstinin HƏMAS hərəkatının siyasi büro üzvlərinə qarşı hücumu zamanı öldürülən qətərli təhlükəsizlik xidməti əməldaşının ailəsinə kompensasiya ödəməyə hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət yayımçısı yerli rəsmiyə istinadən məlumat yayıb.
Bu xəbər Baş nazir Benyamin Netanyahunun hücumla əlaqədar Qətərdən üzr istəməsindən sonra yayılıb.
Xatırladaq ki, belə bir hal əvvəllər də baş verib. Belə ki, 2016-cı ildə İsrail 2010-cu ildə Qəzzaya yardım aparan “Mavi Mərmərə” gəmisinə edilən hücumla əlaqədar Türkiyəyə 20 milyon dollar kompensasiya ödəyib.