BAKI, 30 sentyabr. TELEQRAF

Qətər və Misir Qəzza münaqişəsinin həlli ilə bağlı sülh planını HƏMAS-a çatdırıb.

Teleqraf xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı diplomatik mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, HƏMAS-ın nümayəndə heyəti təklifi “məsuliyyətlə” nəzərdən keçirəcəyinə söz verib.

***

00:53

Ağ Evin Qəzza münaqişəsinin həlli ilə bağlı sülh planını rəsmi olaraq almamışıq.

Teleqraf xəbər verir ki, bu barədə Fələstinin HƏMAS hərəkatı ABŞ Prezidenti Donald Trampın və İsrailin Baş naziri Binyamin Netanyahunun mətbuat konfransından sonra “Reuters”ə bildirib.

“HƏMAS hələ rəsmi olaraq planı, mətbuatda dərc olunandan başqa heç nəyi almayıb”, - hərəkat nümayəndəsi bəyan edib.

Xatırladaq ki, daha əvvəl Tramp Ağ Evin Qəzza münaqişəsinin həlli üçün 20 bənddən ibarət sülh planını açıqlayıb.