BAKI, 29 sentyabr. TELEQRAF

"Avropa üçlüyü" ölkələrinin (Böyük Britaniya, Almaniya və Fransa - E3) və ABŞ-nin İrana qarşı BMT Təhlükəsizlik Şurasının (TŞ) sanksiyalarını bərpa etməli olan “snapback” mexanizmini aktivləşdirmək cəhdləri hüquqi qüvvəyə malik deyil.

Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqayi bildirib.

"E3 tərəfindən prosedurdan sui-istifadə hüquqi reallığı dəyişə bilməz: 2231 saylı qətnamə, qətnamənin özündə də açıq şəkildə nəzərdə tutulduğu kimi, 18 oktyabr 2025-ci il tarixində qüvvədən düşmüş hesab olunacaq”, - o, “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Bəqayinin sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının 15 üzvündən 6-nın sanksiyaların bərpasına səs verməkdən imtina etməsi TŞ daxilində parçalanmanın olduğundan xəbər verir.

“Onun üzvlərinin demək olar ki, yarısı E3 tərəfindən başladılan mexanizmdən təkrar istifadənin əsaslı, legitim və ya qanuni olduğuna əmin deyillər", - Bəqayi qeyd edib.