BAKI, 27 sentyabr. TELEQRAF
İranın nüvə proqramı ətrafında böhranın həlli üçün diplomatik yollar hələ tükənməyib, lakin Çin və Rusiyanın müəllifi olduğu qətnamə layihəsinin BMT Təhlükəsizlik Şurasında rədd edilməsindən sonra vəziyyət mürəkkəbləşib.
Teleqraf xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi brifinq zamanı bildirib.
“Diplomatiya heç vaxt ölməyəcək, amma indi vəziyyət çox mürəkkəbləşib”, - o, jurnalistin danışıqların davam etdirilməsinin perspektivləri barədə sualını cavablandırarkən deyib.
Xatırladaq ki, 28 avqust tarixində Avropa liderləri İrana qarşı sanksiyaları bərpa etmək qərarına gəlib və bunu İranın nüvə proqramının inkişafındakı irəliləyişlə izah ediblər.