BAKI, 26 sentyabr. TELEQRAF

HƏMAS dərhal silahı yerə qoymalı və girovları azad etməlidir.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Baş nazir Benyamin Netanyahu BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı bildirib.

İsrailin Baş naziri bunun müqabilində o, radikalların canlarını qurtaracaqlarını və Qəzza zolağında döyüşlərin dayandırılacağını vəd edib.

Netanyahu iddia edib ki, onun müraciəti təkcə İsrail-Qəzza sərhəddində quraşdırılmış səsgücləndiricilər vasitəsilə deyil, həm də birbaşa Həmas liderlərinin mobil telefonlarına “İsrail kəşfiyyatının xüsusi səyləri sayəsində” yayımlanır.