BAKI, 25 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Suriya lideri Əhməd əl-Şaraa ilə görüşüb.

Teleqraf xəbər verir ki, Suriyanın SANA agentliyi əl-Şaranın Trampla əl sıxdığını əks etdirən iki fotoşəkil yayımlayıb.

Görüşdə ABŞ-nin Birinci xanımı Melaniya Tramp da iştirak edib.

Əlavə məlumat verilmir.

Qeyd edək ki, bu, may ayında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutmuş danışıqlarından sonra iki lider arasında ikinci görüş olub.

İsrailin Baş naziri Binyamin Netanyahunun sammit çərçivəsində özü, Tramp və Şaara arasında üçtərəfli görüş keçirmək üçün səy göstərdiyi bildirilir.