BAKI, 4 sentyabr. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff Parisdə görüşüb.
Teleqraf xəbər verir ki, "AFP" məlumat yayıb.
Bildirilib ki, bu görüş avqustun 18-də Vaşinqtonda aparılan danışıqların davamıdır.
Qeyd edilib ki, bu gün “Könüllülər Koalisiyası”nın üzvləri Parisdə Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə ediblər.