BAKI, 23 avqust. TELEQRAF
Rusiya "Şimal axını" təbii qaz kəmərlərinin partladılması ilə bağlı Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb edib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski öz Teleqram kanalında yazıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Almaniyanın "Bild" nəşri “Şimal axını” qaz kəmərlərinə qarşı diversiyada iştirak etmiş şəxslərin bəzilərinin İtaliyada saxlanılan Ukrayna vətəndaşı Sergey Kuznetsovun yaxın ətrafına aid ola biləcəyi ilə bağlı yazı dərc etmişdi.