BAKI, 21 avqust. TELEQRAF
Rusiyanın Voronej vilayətinə pilotsuz uçuş aparatlarının (PUA) hücumu səbəbindən 19 qatarın hərəkəti dayandırılıb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Dəmir Yolları “Telegram” kanalında məlumat yayıb.
Ümumilikdə, vilayət ərazisində təxminən 30 qatarın hərəkətində gecikmə yarandığı bildirilir.