BAKI, 8 avqust. TELEQRAF
Bu gün Rusiya ordusu "Şahed" tipli kamikadze dronlarla Ukraynanın Odessa şəhərində SOCAR-a məxsus neft bazasına hücum edib.
Teleqraf xəbər verir ki, bu barədə "RBC-Ukrayna" məlumat yayıb.
Məlumatda dron zərbələri nəticəsində dizel boru kəmərinin zədələndiyi və ərazidə yanğın başladığı bildirilir.
"Yanğın operativ şəkildə lokallaşdırılıb. Hücum nəticəsində SOCAR-ın dörd əməkdaşı ciddi xəsarət alıb. Onlara təcili tibbi yardım göstərilib",- məlumatda deyilir.
Hazırda ərazidə bərpa işləri aparılır və dəymiş ziyanın miqyası müəyyənləşdirilir.