BAKI, 28 iyul. TELEQRAF
ABŞ administrasiyası Kamboca və Tailand arasında sərhəd münaqişəsinin sülh yolu ilə həllinə yardım edəcək.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubionun bəyanatında deyilir.
"Dövlət Departamentinin nümayəndələri sülh səylərinə dəstək vermək üçün Malayziyadadırlar. Həm Prezident Tramp, həm də mən hər iki ölkədən olan həmkarlarımızla işləyirik və vəziyyəti çox diqqətlə izləyirik. Biz bu münaqişənin mümkün qədər tez başa çatmasını arzu edirik", - Dövlət Departamentinin mətbuat xidmətinin yayımladığı bəyanatda deyilir.