BAKI, 22 iyul. TELEQRAF

Rusiya diversiya-kəşfiyyat qrupları Donetsk vilayətinin Pokrovsk şəhərinə daxil olmağa başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə “DeepState” layihəsinin məlumatında deyilir.

Məlumata görə, hazırda diversiya-kəşfiyyat qruplarının axtarışı və məhv edilməsi istiqamətində işlər davam etdirilir.

Rusiya qüvvələrinin məqsədinin şəhərdə möhkəmlənmək və əlavə qüvvələrin gəlməsini gözləmək olduğu bildirilir.

Ukrayna tərəfindən itkilər var.

“DeepState” layihəsi Ukrayna hərbçilərinin Pokrovskda pusquya düşdüyünü məlumat verir.