BAKI, 18 iyul. TELEQRAF
"ABŞ Cənubi Qafqazda sülh və sabitliyə dəstək verir".
Teleqraf xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ABŞ Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasına istiqamətlənmiş səyləri dəstəkləyir və bölgədəki vəziyyəti diqqətlə izləyir.
T. Bruys Türkiyədəki ABŞ səfiri Tomas Barrakın bir neçə gün əvvəl səsləndirdiyi Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması ideyasına dəstək verib.
"Bu barədə daha ətraflı mövqeyi Ağ Ev müəyyən edəcək",- o vurğulayıb.
Bundan əvvəl ABŞ-nin Türkiyədəki səfiri Tomas Barrak bildirib ki, ölkəsi Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib.
Diplomat vurğulayıb ki, ABŞ tərəfindən Zəngəzur dəhlizinə 100 il müddətinə nəzarət etmək təklif olunub.