BAKI, 17 iyul. TELEQRAF

ABŞ administrasiyası Suriyadakı gərginliyin günün sonuna qədər azalacağını gözləyir.

Teleqraf xəbər verir ki, bu bəyanatla Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus jurnalistlər üçün ənənəvi brifinqdə çıxış edib.

"Biz bu narahatedici və dəhşətli vəziyyətə bu axşam son qoymağa imkan verəcək konkret addımlar razılaşdırdıq. Bu, bütün tərəflərdən üzərilərinə düşən öhdəliklərin yerinə yetirilməsini tələb edəcək və biz onların bunu edəcəyinə ümid edirik", - o qeyd edib.