BAKI, 14 iyul. TELEQRAF

Türkiyədə Quru Qoşunları və Hərbi Dəniz Qüvvələri generalları və admirallarının yaş həddi 67-yə qaldırılıb.

Teleqraf xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti ilə bağlı qanunvericiliyə edilən əlavə və dəyişikliklərdən sonra dövlət başçısı ordu generalları və admiralların xidmətdə olma müddətini 5 ilə qədər artırmaq səlahiyyətinə malikdir.

Yeni qanuna görə görə Prezident Quru qoşunlarının, aviasiya və donanma donanma baş komandanlarının hərbi xidmətdə 72 yaşa qədər artıra biləcək.

Həmçinin bu gündən etibarən Türkiyədə general-mayor, kontr-admiral, briqada generalı rütbələrinə malik şəxslərin general-leytenant və ya vitse-admiral rütbəsinə yüksəldilməsi üçün müvafiq komanda-qərargah hazırlığı kurslarından keçməsi tələb olunmayacaq. Hərbi akademiyaları uğurla bitirən şəxsi heyət üzvləri komanda-qərargah hazırlığını başa vurmuş hesab ediləcək.