BAKI, 10 iyul. TELEQRAF

Bitkoinin qiyməti təxminən 3% artaraq, yeni rekord səviyyə müəyyən edib.

Teleqraf xəbər verir ki, ən böyük kriptovalyuta əməliyyatları birjası olan “Binance”da bitkoin ötən gün ərzində 2,7% bahalaşaraq 111 698 dollara çatıb.

Daha sonra isə qiymət tarixi maksimuma - 111 999,79 ABŞ dollarına çatıb.