BAKI, 1 iyul. TELEQRAF
Azərbaycan ərazisinin İran əleyhinə istifadə olunmasına dair rəsmi və təsdiqlənmiş məlumat yoxdur.
Teleqraf xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfiri Mehdi Sübhani bildirib.
Onun sözlərinə görə, yalnız mediada yayılan xəbərlərə əsaslanmaq düzgün deyil:
"Tehran artıq Bakıdan əminliklə cavab alıb ki, Azərbaycan hakimiyyəti ölkə ərazisinin İrana qarşı istənilən hərbi məqsədlərlə istifadəsinə icazə verməyəcək".