BAKI, 28 iyun. TELEQRAF
Çin hərbi potensialını və texnologiyalarını əvvəllər görünməmiş sürət və miqyasda inkişaf etdirir.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Quru Qoşunlarının Sakit okean hərbi əməliyyatlar teatrındakı komandanı general Ronald Klark bəyan edib.
"Bu, Çinə rəqibimiz kimi diqqət göstərməyimizin vacibliyini göstərir, çünki o, hərbi potensialını inkişaf etdirir, texnologiyaları indiyə qədər qarşılaşmadığımız sürətdə və miqyasda hazırlayır", - general Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində çıxışı zamanı qeyd edib.
Onun sözlərinə görə, Çin həmçinin cari münaqişələrdən dərslər çıxarır və hərbi sahədə öz qabiliyyətlərini sürətlə təkmilləşdirir.
Klark qeyd edib ki, Pekindən əlavə, Pxenyan da öz potensialını inkişaf etdirir.
"Əmin olmaq lazımdır ki, biz zamanla ayaqlaşırıq və müharibənin dəyişən şərtləri fonunda rəqiblərimizi qabaqlayırıq. KXDR bunu Ukraynada çox sürətli templə öyrənir", - o iddia edib.