BAKI, 24 iyun. TELEQRAF

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandiri, İsrail tərəfindən öldürüldüyü elan edilən general İsmayıl Qaani Tehranda ictimaiyyət qarşısına çıxıb.

Teleqraf xəbər verir ki, görüntüləri İranın “Mehr” xəbər agentliyi yayıb.

Onunla Livan “Hizbullah”ının lideri Həsən Nəsrullahın ölümündən sonra əlaqə kəsilmişdi. Bundan sonra generalın ölümü ilə bağlı şayiələr yaranmışdı.