BAKI, 23 iyun. TELEQRAF

İran hesab edir ki, İsrail və onun müttəfiqləri ilə münaqişə iki il davam edə bilər və Tehran buna hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə CNN-ə adının açıqlanmasını istəməyən iranlı rəsmilərdən biri danışıb.

"İran hakimiyyətinin fikrincə, hərbi əməliyyatların müvəqqəti dayandırılması çağırışları “İranın müharibəni davam etdirməyə hazırlığını qiymətləndirmək üçün diversioner manevrdən” başqa bir şey deyil. Mənəvi əhval-ruhiyyə yüksəkdir və İran xalqının İsrailə zərbə endirmək tələbi misilsizdir", - mənbə bildirib