BAKI, 16 iyun. TELEQRAF

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daha üç yüksək rütbəli zabitinin öldürüldüyünə dair xəbəri təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

"SEPAH-ın kəşfiyyat idarəsinin başçısı Məhəmməd Kazımi, onun müavini Həsən Mühəqqəq və general Möhsün Baqeri İsrailin Tehranda SEPAH-ın kəşfiyyat idarəsinin binasına hücumu nəticəsində dağıntılar altında qalıblar”, - məlumatda qeyd edilib.

***

20:39

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İsrailin hava zərbələri nəticəsində öldürülən iki yüksək rütbəli zabitinin kimliyi məlum olub.

Teleqraf xəbər verir ki, bu barədə “Iran International” telekanalı məlumat yayıb.

Bildirilib ki, SEPAH-ın Kəşfiyyat idarəsinin başçısı Məhəmməd Kazımi və onun müavini Həsən Mühəqqəq həlak olub. Onlar İsrailin Tehranda SEPAH-ın kəşfiyyat idarəsinin binasına hücumu nəticəsində öldürülüblər və meyitləri dağıntılar altında qalıb.

***

20:24

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat rəhbəri və onun müavini İsrail ordusunun dəqiq zərbələri nəticəsində zərərsizləşdirilib.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu bildirib.