BAKI, 13 iyun. TELEQRAF

General Əhməd Vahidi İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) komandan təyin olunub.

Teleqraf xəbər verir ki, o, bu postda İsrailin hücumu nəticəsində öldürülmüş Hüseyn Səlamini əvəzləyəcək.

***

05.53

İsrailin İrana hücumu nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı general-mayor Hüseyn Səlami həlak olub.

Teleqraf xəbər verir ki, məlumatı İran hakimiyyəti təsdiqləyib.

Eləcə də iki görkəmli nüvə alimi, Tehrançi və Fereydun Abbasinin də öldüyü barədə xəbər verilib.

Xatırladaq ki, 2010-cu ildə də F.Abbasiyə qarşı sui-qəsd cəhdi olmuşdu. İki həftə əvvəl isə o, Tehranın taktiki nüvə silahı hazırlaya biləcəyini bildirmişdi.