BAKI, 10 iyun. TELEQRAF

Azərbaycanda Qurban bayramı tətili başa çatıb.

Teleqraf xəbər verir ki, ardıcıl dörd günlük qeyri-iş günündən sonra iyunun 10-da yeni iş həftəsi başlayıb.

Qeyd edək ki, Azərbaycanda iyunun 6-7-də Qurban bayramı qeyd olunub. Qanunvericiliyə görə, əgər bayram günü həftənin şənbə-bazar günlərinə düşərsə, növbəti iş günü (günləri) qeyri-iş günü hesab olunur. İyunun 7-si şənbəyə təsadüf etdiyindən ayın 9-da iş olmayıb.