BAKI, 8 iyun. TELEQRAF

Amerikalı sahibkar İlon Maskın atası Errol Mask “Gələcəyin Forumu 2050”də iştirak etmək üçün Rusiyaya səfər edib.

Teleqraf xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.

O, nəşrə müsahibəsində ABŞ Prezidenti Donald Trampla münaqişəyə başlayan oğlunun səhv hərəkət etdiyini deyib.

"Tramp qalib prezidentdir. İlon səhv edib, məncə, o, yorğundur, stress keçirib. Beş aylıq fasiləsiz stress", - E.Mask bildirib.

Onun sözlərinə görə, münaqişənin o qədər də əhəmiyyəti yoxdur və tezliklə bitəcək. “2050 Gələcək Forumu” saytının məlumatına görə, o, tədbirdə məruzəçi kimi də qeyd olunub.