BAKI, 5 iyun. TELEQRAF

Əfqanıstana ilk dəfə xaricdən, yəni İrandan sərnişin qatarı gələcək.

Teleqraf xəbər verir ki, bu barədə Əfqanıstan KİV-ləri məlumat yayıb.

Qatarın 10 gün ərzində Herat şəhərinə çatacağı gözlənilir.

Bu, Əfqanıstan ərazisinə daxil olan ilk beynəlxalq sərnişin qatarı olacaq. Bu hadisə ölkənin nəqliyyat tarixində mühüm mərhələ hesab olunur.