BAKI, 3 iyun. TELEQRAF

ABŞ-nin İran ilə nüvə proqramı üzrə sazişə nail olmaq səylərinə baxmayaraq, rəsmi Tehrana qarşı maksimum təzyiq kampaniyası tam qüvvəsində qalır.

Teleqraf “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus jurnalistlərə bildirib.

Xatırladaq ki, ötən həftə “Wall Street Journal” öz mənbələrinə istinadən məlumat yayaraq, Ağ Evin mətbuat katibi Karolin Livitin Dövlət Departamentinə, Xəzinədarlıq Departamentinə və Milli Təhlükəsizlik Şurasına İrana qarşı yeni sanksiyalar tətbiq etmək üçün bütün səyləri dayandırmağı tələb edən direktiv göndərdiyini açıqlamışdı.