BAKI, 3 iyun. TELEQRAF

Krım körpüsündə avtomobil nəqliyyatının hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Teleqraf xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Xatırladaq ki, Ukrayna Milli Təhlükəsizlik Xidməti bundan əvvəl Krım körpüsünün dayaqlarının partladıldığını açıqlayıb. Əməliyyata hazırlığın bir neçə ay davam etdiyi bildirilir. Məlumata görə, xidmətin agentləri Rusiya tərəfindən qanunsuz tikilmiş estakadanın dayaqlarını minalayıblar. Nəticədə bu gün, iyunun 3-də dinc əhali arasında itki olmadan, səhər saat 4:44-də ilk partlayıcı qurğu işə salınıb.

Estakadaların sualtı dayaqları ciddi şəkildə zədələnib, buna 1100 kiloqramlıq partlayıcı maddənin partlaması səbəb olub. Körpünün qəzalı vəziyyətdə olduğu vurğulanıb.