BAKI, 31 may. TELEQRAF
Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması üzrə iki ölkənin nümayəndə heyətləri arasında ikinci görüş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İstanbuldakı iş ofisində baş tuta bilər.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya mətbuatı adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb.
"Görüş, böyük ehtimalla, yenə də Dolmabahçedəki iş ofisində baş tutacaq", - mənbə bildirib.
Qeyd edək ki, Ərdoğan administrasiyasının ofisi Dolmabahçe sarayının yaxınlığında yerləşir.
Rusiya və Ukrayna arasında danışıqların ilk raundu mayın 16-da İstanbulda keçirilib.