BAKI, 23 may. TELEQRAF
ABŞ Dövlət Departamenti kimyəvi silahlardan ehtimal olunan istifadəyə görə Sudana qarşı sanksiyalar tətbiq edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus bəyanatında bildirib.
İddiaya görə, Sudan hökuməti 2024-cü ildə kimyəvi silahdan istifadə edib.
"Amerika Birləşmiş Ştatları Sudana qarşı sanksiyalar tətbiq edəcək, o cümlədən Amerika məhsullarının Sudana ixracına və ABŞ hökumətinin kredit xətlərinə çıxışına məhdudiyyətlər qoyacaq", - bəyanatda deyilir.
Sanksiyaların 6 iyun 2025-ci il tarixində qüvvəyə minəcəyi gözlənilir.
"Amerika Birləşmiş Ştatları kimyəvi silahların yayılmasına kömək etməkdə təqsirli olan şəxslərin məsuliyyətə cəlb edilməsinə sadiqdir", - sənəddə qeyd olunur.