BAKI, 23 may. TELEQRAF

Amerikalı supermodel Şanel İman Kann festivalına açıq-saçıq geyimdə gəlib.

Teleqraf xəbər verir ki, 34 yaşlı model ictimaiyyət qarşısına “Bronx and Banco” brendinin dərin dekolteli qara şəffaf əlbisəsində çıxıb.

Xatırladaq ki, 78-ci dəfə təşkil edilən Beynəlxalq Kann Film Festivalı mayın 13-dən 24-dək davam edəcək.

Beynəlxalq Kann Film Festivalının təşkilatçıları, rep ifaçısı Kanye Vestin həyat yoldaşı Bianka Sensorinin "Qremmi" mükafatına tamamilə şəffaf "paltarda" gəlməsi ilə bağlı qalmaqaldan sonra festivala çılpaq şəkildə gəlməyi qadağan ediblər. Həmçinin qonaqlara zalda digərlərinin əyləşməsinə mane olan uzun şleyfli paltarlar geyinmək, eləcə də festivala idman ayaqqabılarında gəlmək qadağan edilib. Film nümayişlərinə gəlmək üçün məcburi geyim kimi axşam kostyumları müəyyən olunub. Bu qaydalara riayət etməyən “ulduzlar”ın qırmızı xalça üzərinə çıxmasına icazə verilməyəcək.