BAKI, 20 may. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin NATO-ya mümkün üzvlüyündən danışıb.
Teleqraf xəbər verir ki, bu barədə “Strana.ua” nəşri yazıb.
Prezident jurnalistlərlə söhbətində Ukraynanın neytral statusunun müzakirə olunub-olunmayacağı ilə bağlı sualını cavablandırıb. Xatırladaq ki, bu, Rusiya rəhbəri Vladimir Putinin başlıca şərtlərindən biridir. V.Zelenski ölkəsinin NATO-ya daxil olmaq yolundan əl çəkməyəcəyini bildirib.
O deyib: "Ukraynanın statusu var, bu, ölkənin konstitusiyasında təsbit olunub - orada hər şey yazılıb".