BAKI, 23 aprel. TELEQRAF
Rusiya Milli Qvardiyasının Rəqəmsal İnkişaf və İnformasiya Təhlükəsizliyi Departamentinin rəisi, general-mayor Mixail Varentsov külli miqdarda dələduzluqda ittiham olunaraq həbs edilib.
Teleqraf xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb.
Varentsov Rusiya Milli Qvardiyasının baş informasiya texnologiyaları mərkəzinin əvvəllər həbs olunmuş rəhbəri Nikolay Çepkasova qarşı açılan cinayət işi çərçivəsində saxlanılıb. Onların hər ikisi, xüsusilə külli miqdarda dələduzluqda ittiham olunurlar.
235-ci Qarnizon Hərbi Məhkəməsi general Varentsovun həbsinə sanksiya verib və ibtidai istintaq müddətində onu istintaq təcridxanasına göndərib.