BAKI, 14 fevral. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski yaxın zamanlarda Birləşmiş Ərəb Əmirliklərinə, Səudiyyə Ərəbistanına və Türkiyəyə səfər etməyi planlaşdırdığını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Volodimir Zelenski bildirib ki, yaxın vaxtlarda Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcək və burada böyük bir humanitar proqram həyata keçiriləcək.

O əlavə edib ki, bundan sonra dərhal Səudiyyə Ərəbistanını ziyarət edəcək və eyni məsələlərlə bağlı kral ilə görüşəcək. Daha sonra, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək niyyətindədir.

Zelenski həmçinin, Rusiya və ABŞ nümayəndələri ilə bu ölkələrdə görüşlər keçirilməyəcəyini də vurğulayıb.