
BAKI. 10 fevral. TELEQRAF
Almaniya Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün uzaqmənzilli raketlər verməməlidir.
Teleqraf xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts kanslerliyə namizəd Fridrix Merzlə debat zamanı deyib.
“Hesab edirəm ki, bizim Kiyevi böyük dağıdıcı qüvvəyə malik silahlarla təmin etməyimiz düzgün deyil”, - o qeyd edib.
Kansler vurğulayıb ki, belə bir addım atılmamlıdır.