Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinlə Ukrayna münaqişəsini müzakirə etməyə hazır olduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o, bu barədə "T-online" xəbər portalına müsahibəsində deyib.

Şolts Putinlə yenidən əlaqə saxlamağa hazır olub-olmadığını soruşduqda "Mən bunu istərdim" cavabını verib.

Bundan əlavə, Almaniya hökumətinin başçısı bir daha vurğulayıb ki, o, NATO qoşunlarının Ukraynaya göndərilməsi ideyası ilə heç vaxt razılaşmayacaq .