Almaniya Kansleri Olaf Şolz Yaxın Şərqdə münaqişənin gərginləşməsinin qarşısının alınmasının vacibliyini bildirib.

Teleqraf.com xəbər verir ki, kansler bu məqsədlə “Hizbullah” və İranı İsrail-HƏMAS qarşıdurmasına müdaxilədən çəkinməyə çağırıb.

“Mən bir daha “Hizbullah” və İrana bu münaqişəyə girməkdən çəkinmələri barədə xəbərdarlıq edirəm”, - Şolz bildirib.

Kansler qeyd edib ki, Almaniya müttəfiqləri il birlikdə gərginliyin genişlənməsinin qarşısını almaq üçün hər cür səy göstərir.