Efiopiya quraqlıq səbəbindən dünyanın ən ağır ərzaq böhranı ilə üzləşib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Save The Children” beynəlxalq qeyri-hökumət təşkilatı açıqlama yayıb.

Bildirilir ki, ölkədə 3,9 milyon uşaq ağır qidalanmadan əziyyət çəkir. Ölkədə 5 mövsümdür davam edən quraqlıq qida böhranına səbəb olub. 12 milyon insanın qida böhranı yaşadığı bildirilir.

4 milyondan çox ferma heyvanının tələf olması böhranı gücləndirib.

BMT Efiopiya, Keniya və Somalidə 1981-ci ildən bəri ən şiddətli quraqlıq müşahidə olunduğunu bəyan edib.