BAKI, 1 may. TELEQRAF
Milli Məclis Kamran Əliyevin yenidən Baş prokuror təyin olunmasına razılıq verib.
Teleqraf-ın xəbərinə görə, parlamentin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında” məsələ müzakirə olunub.
Müzakirələrdən sonra məsələ səsə qoyulub. Deputatlardan 111 nəfər K.Əliyevin yenidən Baş prokuror təyin olunmasının lehinə səs verib. Əleyhinə olmayıb. Bir deputat bitərəf qalıb. Beləliklə məsələ qəbul olunub.
Qeyd edək ki, ölkə Konstitusiyasının 133-cü maddəsinə görə, Baş prokuroru Prezident Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir.
***
11:02
Milli Məclis Baş prokuror Kamran Əliyevin yenidən vəzifəyə təyin olunması ilə bağlı Azərbaycan Prezidentinin təqdimatına baxır.
Teleqraf xəbər verir ki, parlamentin bugünkü iclasında Baş prokuror vəzifəsinə təyinat məsələsi müzakirəyə çıxarılıb.
K.Əliyev iclasda iştirak edir.
Baş prokurorun təyinatı ilə bağlı təqdimatı deputatların diqqətinə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çatdırıb.
Qeyd edək ki, ölkə Konstitusiyasının 133-cü maddəsinə görə, Baş prokuroru Prezident Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir.
K.Əliyev 2020-ci ildən sözügedən vəzifədə çalışır.
"Prokurorluq haqqında” qanuna əsasən, Baş prokurorun, hərbi prokurorunun, Naxçıvan Muxtar Respublikası prokurorunun, ərazi və ixtisaslaşdırılmış prokurorların səlahiyyət müddəti 5 ildir.
Ona 2021-ci il noyabrın 23-də I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.