BAKI, 31 avqust. TELEQRAF
Qırğızıstan Prezidenti Sadır Japarov Şanxay Əməkdaşlıq Təşkilatının sammiti və VI Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak etmək üçün Bişkekə gələn Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Prezident Administrasiyası məlumat yayıb.
Sadır Japarov bildirib ki, iki ölkə arasındakı yüksək səviyyəli siyasi etimad artıq konkret ticarət, iqtisadi, investisiya və nəqliyyat-logistika layihələrinə çevrilməlidir.
Tərəflər BMT çərçivəsində koordinasiya, beynəlxalq gündəm, davamlı inkişaf və ətraf mühitin mühafizəsi məsələlərini müzakirə ediblər.
Prezidentlər siyasi dialoqu davam etdirməyə və birgə layihələrin həyata keçirilməsinə diqqət yetirməyə hazır olduqlarını təsdiqləyiblər.