BAKI, 19 avqust. TELEQRAF
Rusiya Ermənistanın kənd təsərrüfatı məhsullarının tədarük zəncirlərindəki pozuntularla bağlı apardığı araşdırmanın nəticələrini təqdim edəcəyini gözləyir.
Teleqraf xəbər verir ki, bu barədə “İzvestiya”ya “Rosselxoznadzor”dan bildiriblər.
“Rosselxoznadzor” Ermənistan tərəfdən araşdırmanın nəticələrini və görülmüş tədbirlər barədə məlumatı, həmçinin Ermənistan tərəfinin Avrasiya İqtisadi Birliyinin (AİB) baytarlıq və fitosanitar tələblərinə riayət olunması ilə bağlı təklif etdiyi fəaliyyət alqoritmi barədə məlumat gözləyir”, - qurum qeyd edib.
Həmçinin mövcud məhdudiyyətləri aradan qaldırmaq üçün Ermənistan bir sıra şərtlərə cavab verməlidir. Bunlardan ən vacibi Rusiyanın tələblərinə riayət etməkdir.
Nəşr xatırladıb ki, may ayının əvvəlindən Rusiya Ermənistanın kənd təsərrüfatı məhsullarının idxalına məhdudiyyətlər tətbiq etməyə başlayıb. Ardınca Rusiyanın kənd təsərrüfatı naziri Oksana Lut bildirib ki, Ermənistan aqrar-sənaye məhsullarının tədarükünü əvvəlki həcmdə yalnız AİB-in baytarlıq və fitosanitar standartlarına ciddi riayət edildiyi halda bərpa edə biləcək.