BAKI, 11 aprel. TELEQRAF
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ ilə danışıqlardan əvvəl İslamabadda Pakistan Baş naziri Şahbaz Şəriflə görüşür.
Teleqraf xəbər verir ki, bu barədə İranın dövlət televiziyası IRIB məlumat yayıb.
Bildirilib ki, bu görüşdə ABŞ ilə danışıqların formatı müəyyən ediləcək.